ABŞ-nin Çinin Rusiyaya Ukraynada istifadə üçün silah vermək iddiası ilə bağlı heç bir məlumatı yoxdur.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Amerika prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan jurnalistlər üçün keçirdiyi brifinqdə bildirib.

Onun sözlərinə görə, Birləşmiş Ştatlar Çinin 2022-ci ildən Rusiyaya mümkün silah tədarükü ilə bağlı narahatlığını ifadə edib: "Ancaq biz bunu 2022-ci ildə görmədik, 2023-cü ildə görmədik və indiyə qədər də görməmişik".