ABŞ 2026-cı ilin əvvəlinə qədər 155 mm-lik artilleriya mərmilərinin istehsal həcmini üç dəfə - ayda 100 min ədədə qədər artırmağı gözləyir.

İqtisadiyyat.az xəbər verir ki, bunu ABŞ Senatının Təxsisatlar Komitəsində keçirilən dinləmələrdə ABŞ ordusunun baş qərargah rəisi, general Rendi Corc deyib.

Ondan ABŞ və müttəfiqlərinin Ukrayna və İsrailə hərbi yardım göstərərkən öz hava hücumundan müdafiə və artilleriya sursat ehtiyatlarının tükənməsi risklərinin öhdəsindən gələ biləcəklərini soruşublar. Corc belə cavab verib: "Düşünürəm ki, bacara bilərik. Bu məsələdə əsas amil vaxtında maliyyələşməsi". 

"Biz hərbi-sənaye bazasına sərmayə qoymağa davam etməliyik və biz bu istiqamətdə irəliləyirik", - deyə hərbi lider 155 mm çaplı mərmi istehsalı ilə bağlı vəziyyəti misal gətirərək davam edib.

"Biz ayda 30 mindən bir qədər çox mərmi istehsal edirik və 2026-cı ilin əvvəlinə qədər ayda 100 mindən çox mərmi istehsal edəcəyik", - Corc əlavə edib.