44 günlük qazanılan zəfərin yubileyi:

44 günlük Vətən Müharibəsi təkcə bir müharibə deyil, eyni zamanda tarixi ədalətin bərpası uğrunda aparılan haqq mübarizəsi idi. Otuz ilə yaxın bir müddətdə Ermənistan silahlı qüvvələrinin işğalı altında qalan Qarabağ və ətraf yeddi rayon beynəlxalq hüquq normalarına zidd olaraq Azərbaycandan ayrılmış, bir milyondan çox soydaşımız doğma yurd-yuvalarından didərgin salınmışdı. Azərbaycan Ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə genişmiqyaslı əks-hücum əməliyyatlarına başladı və qısa müddət ərzində düşmənə ağır zərbələr endirildi. Hər günün ayrı bir döyüş, ayrı bir zəfərlə yadda qaldığı bu 44 gün ərzində Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Suqovuşan, Hadrut, Şuşa və digər yaşayış məntəqələri mərhələli şəkildə azad edildi. Azərbaycan xalqı bu dövrdə həm ön cəbhədə, həm də arxa cəbhədə sarsılmaz birlik və həmrəylik nümayiş etdirdi.
Xəbərlər yüklənir...









