ABŞ Federal Aviasiya Administrasiyası (FAA) 300-ə yaxın "Boeing 777" təyyarəsində onların havada partlamasına səbəb ola biləcək ciddi elektrik nasazlığı aşkar edib.

Bu barədə İqtisadiyyat.az "Daily Mail" qəzetinə istinadən xəbər verir.

Bu təyyarələrdən bəziləri Amerika hava yolları "United Airlines" və "American Airlines" tərəfindən idarə olunur.

Bildirilib ki, qurum "Boeing 777" təyyarələrində yanacaq çənlərinin yaxınlığında elektrostatik boşalma riski müəyyən edib ki, bu da çənin içərisində yanğına və sonradan təyyarənin partlamasına səbəb ola bilər.

Buna görə də 292 həssas təyyarədə nasazlığın aradan qaldırılması şirkətə 698 min dollara başa gələcək.

 

Gözəl Həşimova