2018-ci ilin dövlət büdcəsinə dair Azərbaycan Respublikası Hesablama Palatasının rəyi əsasında xülasə hazırlanıb.

Palatanın mətbuat xidmətindən azərtac-a bildirilib ki, ali audit qurumlarının dövlət maliyyə inzibatçılığında şəffaflıq və hesabatlılığın yüksəldilməsi ilə bağlı fəaliyyəti dövlət büdcəsinin layihəsinə və icrasına dair hazırladıqları rəyin xülasə variantının hazırlanmasını da nəzərdə tutur. Bu, dünya ölkələrinin təcrübəsinə geniş yayılmış bir yanaşmadır.

Dövlət büdcəsinə dair hazırlanmış rəyin sadələşdirilmiş qısa variantının, eyni zamanda, Beynəlxalq Büdcə Tərəfdaşlığı çərçivəsində Açıq Büdcə İndeksi ilə bağlı hesabatın hazırlanması zamanı kənar dövlət maliyyə orqanlarının fəaliyyətinin qiymətləndirilməsi üçün tətbiq edilən bir meyardır.

Hesablama Palatasının 2018-ci ilin dövlət büdcəsinə dair rəyi üzrə hazrılanmış xülasə dövlət vəsaitlərinin istifadəsinə nəzarətin genişləndirilməsi, şəffaflığın və hesabatlığın yüksəldilməsi, həmçinin bu sahədə ölkəmizin reytinq cədvəllərində yerinin möhkəmləndirilməsi məqsədilə Azərbaycan və ingilis dillərində tərtib edilib.