“Bakı-Əyrici-Toxucu” Açıq Səhmdar Cəmiyyətinin ümumi yığıncağı keçiriləcək.

İqtisadiyyat.az xəbər verir ki, yığıncağın iyunun 20-də keçirilməsi nəzərdə tutulub.

İclasın gündəliyinə aşağıdakı məsələlər daxildir:

1. 2023-cü il üçün idarə heyətinin, maliyyə-təftiş Komissiyasının, cəmiyyətin illik balansının və auditor hesabatlarının təsdiq edilməsi;

2. Təşkilati məsələr Səhmdar Cəmiyyətinin Müşahidə şurasının, İdarə heyətinin və Təftiş komissiyasının yeni tərkibinin seçilməsi;

3. Dividendlərin verilməsi haqqında.

Qeyd edək ki, “Bakı-Əyrici-Toxucu”nun rəhbəri İslam Məmmədovdur. Şirkət 1998-ci ildə yaradılıb və nizamnamə kapitalı 1 597 654 manatdır.